Tramp Çin və Yaponiyanı dünya okeanını çirkləndirməkdə ittiham edib


Dünya 12 Okt 2018 09:15:00 246 0

Tramp Çin və Yaponiyanı dünya okeanını çirkləndirməkdə ittiham edib

ABŞ prezidenti Donald Tramp cümə axşamı Çin və Yaponiyanı hər il dünya okeanına təqribən 8 milyon ton tullantı atmaqda ittiham edib.

Son.az report-a istinadən xəbər verir ki, bunu Amerika lideri Ağ evdə dəniz ekologiyasının mühafizəsinə dair yeni qanun layihəsinin imzalanmasından sonra jurnalistlərə deyib.

"Hər il təqribən 8 milyon ton tullantı dünyanın bir çox ölkələri, o cümlədən Çin, Yaponiya tərəfindən bizim gözəl okeanlara atılır. Bütün bu tullantılar və zibillər təkcə dəniz heyvanlarına deyil, Amerikanın sahil ərazilərdəki iqtisadiyyatına da ziyan vurur. Bu böyük, nəhəng, ağılasığmaz həcmdə olan zibillər düz bizim sahillərə üz tutur, xüsusilə də qərb sahillərinə", - deyə o bildirib.