"Xızıda Mars planetinin səthini xatırladan dağlar bizi valeh etdi" VİDEO FOTO


Digərləri 12 Okt 2018 08:51:00 273 0

"Xızıda Mars planetinin səthini xatırladan dağlar bizi valeh etdi"  VİDEO  FOTO

Rusiyalı turistlər Azərbaycanda velosipedlə səyahət edirlər

Rusiyalı turistlər Sergey Tolubayev və Yelena Çerneskaya Bakı şəhərindən Dağıstanın paytaxtı Mahaçqalayadək velosipedlə səyahətə çıxıblar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Moskvadan gələn turistlər artıq dörd gündür Azərbaycandadırlar. Səyahətlərinə Bakı şəhərindən başlayan rusiyalı qonaqlar İçərişəhərdə, "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda, eləcə də paytaxtımızın bir sıra digər görməli yerlərində olublar.

"Bakı həm müasir həm də çox qədim şəhərdir. Biz İçərişəhərdə olduq. "Brilliant əl" kinokomediyasının lentə alındığı məkanda şəkil çəkdirdik. Xızıda isə Mars planetinin səthini xatırladan dağlar bizi valeh etdi. Biz Yelena ilə tez-tez velosipedlə səyahətlərə çıxırıq. Sonuncu səfərimizdə Soçi şəhərindən Murmanska qədər 5 min kilometr qət etmişik. Yaxşı formadayıq" - deyə Sergey Tolubayev bildirib.

Rusiyalı turistlər səyahət zamanı çadırda gecələyirlər.


Xəbərə aid fotolar