Azərbaycan və Özbəkistanın müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq Planı imzalanıb FOTO


Digərləri 12 Okt 2018 08:53:00 278 0

Azərbaycan və Özbəkistanın müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq Planı imzalanıb  FOTO

Daşkənddə keçiriləcək Müstəqil Dövlətlər Birliyi Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün Özbəkistanda səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu ölkənin müdafiə naziri, general-mayor Abdusalom Azizov ilə görüşüb.

Son.az xəbər verir ki, Özbəkistanın müdafiə naziri hər iki ölkənin müdafiə nazirlikləri arasında əməkdaşlığın daha da inkişafında maraqlı olduqlarını bildirib.

Görüşdə müdafiə və hərbi təhsil sahəsində birgə əməkdaşlığın indiki vəziyyəti və perspektivləri ilə bağlı bir sıra məsələlər müzakirə olunub, hərbi-texniki istiqamətdə qarşılıqlı faydalı əlaqələrin möhkəmləndirilməsi üzrə geniş fikir mübadiləsi aparılıb.


Xəbərə aid fotolar