Daşınmaz əmlakın qiymət artımına görə Avropada...


Digərləri 12 Okt 2018 08:59:00 265 0

Daşınmaz əmlakın qiymət artımına görə Avropada...

Avropanın statistika agentliyi "Avrostatın" məlumatına əsasən Bolqarıstanda daşınmaz əmlakın qiyməti 2018-ci ilin birinci rübü ilə müqayisədə 2,8 faiz, 2017-ci illə müqayisədə isə 7,5 faiz artıb.

Daşınmaz əmlakın illik artımına görə Bolqarıstan Avropa İttifaqında (Aİ) yeddinci yeri tutur. Sıralamaya görə Sloveniya 13,4 faizlə ilk yerdədir. Ondan sonra İrlandiyada 12,6, Portuqaliyada 11,2, Macarıstanda 10,4, Hollandiyada 9,3 və Latviyada 8,7 faiz artım müşahidə olunur.