Cinayətkar "iş başinda" yaxalandı FOTO


Kriminal 12 Okt 2018 08:31:00 318 0

Cinayətkar "iş başinda" yaxalandı  FOTO

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Son.az-a verilən məlumata görə, Gəncə şəhər sakini 1980-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Anar Tağıyev 2 ədəd siqaretin gümüş falqasına bükülü olan ümumi çəkisi 0.433 qram narkotik vasitə hesab olunan heroini şərti alıcıya satarkən polis əməkdaşları tərəfindən saxlanılıb.


Xəbərə aid foto