Turistlər üçün ən bahalı şəhər açıqlanıb


Digərləri 12 Okt 2018 08:17:00 299 0

Turistlər üçün ən bahalı şəhər açıqlanıb

"Global Destination Cities Index" reytinqində Dubay turistlər üçün ən bahalı şəhər kimi birinci yeri tutub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "Mastercard"ın tərtib etdiyi reytinqə əsasən, səyahətçilər Dubay şəhərində orta hesabla 537 dollara yaxın pul xərcləyirlər.

Qlobal reytinqdə ikinci yeri Paris (301 dollar), 3-cü yeri isə Sinqapur (286 dollar) tutub. İlk beşliyə Seul (181 dollar) və Banqkok (173 dollar) daxildir.