Azərbaycanda elmlər dоktоru prоqrаmı üzrə təhsil alanların 63 faizi 40 və yuxarı yaşlılardır


Digərləri 12 Okt 2018 07:50:00 245 0

Azərbaycanda elmlər dоktоru prоqrаmı üzrə təhsil alanların 63 faizi 40 və yuxarı yaşlılardır

Azərbaycanda fəlsəfə dоktоru prоqrаmı üzrə təhsil alanların ümumi sayının 49 faizini 30 yaşadək gənclər təşkil edir.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanda fəlsəfə dоktоru prоqrаmı üzrə təhsil alanların ümumi sayının 49 faizini 30 yaşadək gənclər təşkil edir. Trend-in məlumatına görə, fəlsəfə dоktоru proqramı üzrə təhsil alanların 417 nəfəri Milli Elmlər Akademiyasının, 1 233 nəfəri Təhsil Nazirliyinin, 115 nəfəri Səhiyyə Nazirliyinin, 140 nəfəri isə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan müəssisələrdə təhsillərini davam etdirirlər. Elmlər dоktоru proqramı üzrə təhsil alanların 236 nəfəri Təhsil Nazirliyində, 89 nəfəri Kənd Təsərrüfatı Nazirliyində, 170 nəfərini isə Milli Elmlər Akademiyasında təhsillərini davam etdirirlər.