Avstriya paytaxtında ilk çətənə satışı avtomatı istifadəyə verilib


Digərləri 12 Okt 2018 07:41:00 374 0

Avstriya paytaxtında ilk çətənə satışı avtomatı istifadəyə verilib

Avstriya paytaxtında ilk çətənə satışı avtomatı istifadəyə verilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, şəhərin əsas alış-veriş küçələrindən birində quraşdırılan avtomat ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Bu ölkədə narkotik xassəli çətənə (kannabis) bitkisindən istifadə və onun leqallaşdırılması ətrafında mübahisələr uzun illərdən bəri səngimək bilmir.

Avstriyanın "Dr. Greenthumb" şirkəti tərəfindən quraşdırılan avtomatda təqdim olunan üç qramlıq qutularda psixoaktiv tetrahidrokannabinol (THC) maddəsinin olduqca cüzi dozada (0,3 faiz) olduğu qeyd edilir. Şirkətin yaydığı məlumata görə, qutuların ilk növbədə tibbi özəlliyi diqqət mərkəzində saxlanılıb, belə ki, bitkidə zəngin şəkildə mövcud olan kannabidiol maddəsinin tibdə epilepsiya, iltihablar, depressiya və antipsixotik xəstəliklərə qarşı istifadəsi qeyd edilib.