Çinin ən zəngin adamı


Digərləri 12 Okt 2018 07:28:00 280 0

Çinin ən zəngin adamı

İnternet ticarəti nəhəngi olan "Alibaba Group" şirkətinin təsisçisi və idarə heyətinin sədri Cek Ma Çinin ən zəngin adamıdır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "Hurun Research Institute" təşkilatının Çinin zəngin adamları ilə bağlı açıqladığı illik hesabata əsasən, Cek Manın varidatı 39 milyard ABŞ dollarına çatıb. Siyahıda ikinci yerdə sərvəti 36 milyard dollar olan "Evergrande" şirkətinin rəhbəri Su Ciayin qərarlaşıb.

Telekommunikasiya nəhəngi "Tencent"in sahibi Poni Ma 34 milyard dollarla siyahıda üçüncü olub.