Gələn il neftin qiyməti 100 dolları ötə bilər


Digərləri 12 Okt 2018 07:14:00 246 0

Gələn il neftin qiyməti 100 dolları ötə bilər

Ekspertlər 2019-cu ildə neftin bir barrelinin qiymətinin 65-100 dollar arasında dəyişəcəyini nəzərdə tutur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, neftin qiyməti ABŞ-ın İrana qarşı noyabrın 5-dən tətbiq edəcəyi sanksiyalar fonunda artır. Belə ki, "Brent" markalı xam neftin bir barrelinin qiyməti ötən həftə 86,74 dollaradək artaraq 2014-cü ildən bəri ən yüksək səviyyəyə çatmışdı.

Hasilat və ixracına görə İran Neft İxrac Edən Ölkələr Təşkilatında (OPEC) əsas ölkələrdəndir. ABŞ-ın sanksiyaları dünyanın ən böyük neft ehtiyatına malik ölkələrin üzv olduğu OPEC-in istehsal imkanlarını da sınağa çəkəcək.

Ekspertlərin fikrincə, ABŞ-ın İrana qarşı sanksiyaları ilə əlaqədar neftin bir barrelinin qiyməti gələn il 65 dollardan aşağı düşməyəcək, ehtimal ki, 100 dollardan çox olacaq.