Cinayətkar “iş başinda” yaxalandı


Digərləri 12 Okt 2018 06:34:13 232 0

Cinayətkar  “iş başinda” yaxalandı

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb

Bakı. Tural Turan - Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, Gəncə şəhər sakini 1980-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Anar Tağıyev 2 ədəd siqaretin gümüş falqasına bükülü olan ümumi çəkisi 0.433 qram narkotik vasitə hesab olunan heroini şərti alıcıya satarkən polis əməkdaşları tərəfindən saxlanılıb.