Gədəbəydə qonaq olan qadının qızılları oğurlanıb


Digərləri 12 Okt 2018 04:53:06 248 0

Gədəbəydə qonaq olan qadının qızılları oğurlanıb

Oktyabrın 7-si Gədəbəy rayonunun Tərsyer kəndindəki mənzillərdən birində qarət olub

Bakı. Tural Turan - Oktyabrın 7-si Gədəbəy rayonunun Tərsyer kəndindəki mənzillərdən birində qarət olub. DİN Mətbuat Xidmətinin Gəncə Regional qrupundan Trend-ə verilən məlumata görə, evdən xeyli miqdarda qızıl zinət əşyası və 7 min rus rublu oğurlanıb. Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşlarının keçiridikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sözügedən oğurluq cinayətinin Tovuz rayon sakini, hazırda həmin kənddə yaşayan 45 yaşlı Bəhman Məmmədov tərəfindən törədildiyi müəyən edilib. Saxlanılan şəxs ifadəsində qarətdən əvvəl xeyli miqdarda spirtli içki qəbul etdiyini və onun təsiri altında bu yola əl atdığını deyib.