Qurban Qurbanov: Bizim üçün çox vacib qələbə idi


Digərləri 12 Okt 2018 03:43:26 228 0

Qurban Qurbanov: Bizim üçün çox vacib qələbə idi

UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Torsvollur stadionunda keçirilmiş Farer adaları - Azərbaycan oyunundan sonra milli komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfrasında çıxış edib.

Bakı. Tural Turan - “Bizim üçün çox vacib qələbə idi”. Trend-in məlumatına görə, bu sözləri UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Torsvollur stadionunda keçirilmiş Farer adaları - Azərbaycan oyunundan sonra milli komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfrasında deyib. “Futbolçularımı təbrik edirəm. Bizim üçün çox vacib qələbə idi. Oyunöncəsi mətbuat konfransında heç bir çətinlik haqda düşünməməliyik, demişdim. Amma bu gün çətinlik həddən artıq çox oldu. Buna baxmayaraq, lazımi xarakter göstərdik. Oyuna aktiv başlamaq istəyirdik. Lakin meydan sahibləri azarkeşlərin dəstəyi ilə irəli atıldılar və ilk dəqiqələrdən qol vurmağa çalışdılar. Biz isə texniki səhvlərə yol versək də, tədricən oyunu ələ almağa və qollar vurmağa başladıq. Rəqib uduzsa da, ciddi müqavimət göstərdi”, - Qurbanov bildirib.