Erotik filmin məşhur aktrisası ana olacaq FOTO


Digərləri 12 Okt 2018 00:45:00 320 0

Erotik filmin məşhur aktrisası ana olacaq  FOTO

Dakota Conson ana olmağa hazırlaşır.

Son.az xəbər verir ki, erotik səhnələri ilə səs salan "Bozun 50 çaları" filmindən sonra məşhurlaşan 29 yaşlı aktrisanın hamilə olması iddia edilib. Qərb mətbuatının yazdığına görə, dünən Dakota Conson və onun sevgilisi Kris Martin dostlarını və doğmalarını başlarına yığaraq dünyaya gələcək körpənin cinsini elan ediblər. Daha sonra şad xəbəri təntənəli şəkildə qeyd ediblər.

Lakin Consonun rəsmi nümayəndəsi aktrisanın hamiləlik xəbərlərinin həqiqəti əks etdirmədiyini deyib. Onun sözlərinə görə, aktrisa sadəcə sevgilisinin doğum günü münasibətilə evdə ziyafət təşkil edib.


Xəbərə aid fotolar