Xoşbəxt olmaq öz əlinizdədir ...


Digərləri 11 Okt 2018 23:37:00 317 0

Xoşbəxt olmaq öz əlinizdədir ...

Hər bir insanın xoşbəxt olmağa haqqı var və bu xoşbəxtliyi heç də uzaqda axtarmaq lazım deyil. Sadəcə xoşbəxt olmağın ən sadə sirlərini bilmək kifayətdir.

Son.az axşam.az-a istinadən xoşbəxt olmağın bəzi yollarını nəzərinizə çatdırır:

1. Keçmişinizə çox da boylanmayın. Əgər ötən zamanda buraxdığınız səhvlər haqqında düşünəcəksinizsə, xoşbəxtliyə gedən yollarda azıb qalacaqsınız. Buraxdığınız səhvlər haqqında düşünün, ancaq peşmançılıq hissi ilə yox, bir daha həmin səhvlərə yol verməmək üçün həmin anlardan nəticə çıxarın.

2. Paxıllıq hisslindən uzaq olun. Bu hissdən nə qədər çox uzaq olsanız, bir o qədər də xoşbəxt olacaqsınız.