Cinlərin başçısının İmam Əlinin xidmətinə gəlməsi


Digərləri 11 Okt 2018 23:40:00 359 0

Cinlərin başçısının İmam Əlinin xidmətinə gəlməsi

İmam Baqir (ə) öz məclislərinin birində Cabirə, İmam Əlinin (ə) xidmətinə gələn cindən xəbər vermişdir. Həzrət (ə) buyurur: "Bir gün Əmirəl-möminin (ə) minbər başında idi. Məscidin qapılarından birindən içəri əjdaha girir. İnsanlar hay-küyə etməyə başladılar. İmamın (ə) işarəsi ilə səslərini kəsdilər. Onu öldürməkdən əl saxladılar.

O, hamının gözü qarşısında minbərə yaxınlaşdı və başını yuxarı qaldırıb, İmama (ə) salam verdi.

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət (ə) insanlara işarə etdi ki, əyləşsinlər və o, xitbəsini sona çatdırsın. Xütbəsini qurtarandan sonra bu əjdahaya diqqət edib, buyurdu: "Sən kimsən?".

Dedi: "Mən - Əmr ibni Osmanam. Cin tayfasının böyüyüyəm. Atam dünyasını dəyişmişdir və məndən istəmişdir ki, sizin xidmətinizə gəlim. Sizin əmrinizə tabe olum. İndi gəlmişəm ki, sizə itaət edib, əmrlərinizi yerinə yetirim".

Həzrət (ə) buyurur: "Sənə Allahın təqvasını tövsiyə edirəm. Cinlərin arasında atanın yerinə ol. Sən öz tayfana mənim adımdan xəlifəlik et".