Allaha verdiyimiz ilk vədi unutmayaq


Digərləri 11 Okt 2018 23:20:00 291 0

Allaha verdiyimiz ilk vədi unutmayaq

Bizim Allaha verdiyimiz ilk vədə zərr aləmində olmuşdur.

"Ey Adəm övladı, məgər Mən (peyğəmbərlər və öz ağlınız vasitəsilə) sizə buyurmadımmı ki: "Şeytana ibadət etməyin! Şübhəsiz, o, sizin açıq-aşkar düşməninizdir?!".

Son.az deyerler.org-a istinadən bildirir ki, və: "Yalnız Mənə ibadət edin ki, bu, düz yoldur!"". ("Yasin" 60-61).

"Həqiqətən Biz əvvəlcədən Adəmə tapşırdıq (ki, qadağan edilmiş ağacdan yeməsin). Amma o, unutdu və Biz onda (möhkəm) əzm görmədik". ("Taha" 115).

Məgər indi özümüzü gəlmək zamanı deyildirmi?

Nəql edirlər ki, yol kəsənlərin bir dəstəsi yolda pusqu qurmuşdu. Bir səfərə çıxan insanı tuturlar və ondan soruşurlar ki, nə qədər pulun vardır. Deyir ki, 80 dinarım vardır ki, onun 40 dinarı borcdur. Qalanı isə öz pulumdur.

Yol kəsənlər bu miqdar pulu dəyərsiz hesab edib, onu buraxırlar. Ancaq hər nə qədər səbir edirlərsə, karvan gəlib çıxmır. Özlərini həmin yolçuya çatdırırlar. Ona yenə həmin sualı verirlər və o da həmin cavabı təkrar edir.