Qulaqcıqlar sağlamlıq üçün təhlükəlidir


Digərləri 11 Okt 2018 23:25:00 387 0

Qulaqcıqlar sağlamlıq üçün təhlükəlidir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qulaqcıqların sağlamlıq üçün təhlükəli olduğunu elan edib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, ÜST-nin məlumatına görə, qulaqcıqlar yüksək səsli musiqilərə qulaq asan insanlar sağlamlığını məhv edir.

İnsanlar özləri hiss etməsə də, müasir şəhərlərdə gündəlik səs-küy əhalinin sağlamlığına mənfi təsir göstərir.

Böyük şəhərlərdə səs çirkliliyinin əsas səbəbi avtomobil yolları, dəmir yolları və yel dəyirmanlarıdır. Bir müddət əvvəl ekspertlər belə qərara gəlib ki, bu siyahıya gecə klublarını və konsert meydanlarını misal göstərmək olar.

Yüksək səslər təkcə gərginlik yaratmır. Onlar ciddi xəstəliklərə, məsələn, ürək-damar xəstəliklərinə də səbəb olur.