Yenidoğulmuş nə vaxt eşitməyə və görməyə başlayır?


Digərləri 11 Okt 2018 23:05:00 316 0

Yenidoğulmuş nə vaxt eşitməyə və görməyə başlayır?

Bətndaxili həyatın 16-cı həftəsindən başlayaraq döldə işığa qarşı həssaslıq yaranır; ananın qarnına yönəldilmiş güclü işıq onu qıcıqlandırır.

Anadan olandan sonra uşaq gözlərindən 25-30 sm məsafədə olan əşyaların cizgilərini artıq görür. Ehtimal edirlər ki, uşaq vizual olaraq anasını 3 ayından tanımağa başlayır.

Kəskin, qəfləti işığa görən körpə bəbəklərin daralması, göz qapaqlarının yumulması və başı arxaya atmaqla reaksiya verir.