Ev şəraitində dişlərin ağardılması üsulları


Digərləri 11 Okt 2018 22:35:00 276 0

Ev şəraitində dişlərin ağardılması üsulları

Dişlərə düzgün qulluq onların sağlamlığı və gözəl görünüşü üçün əsas şərtdir.

Dişləri hər gün səhər və axşam yeməyindən sonra, yatmazdan əvvəl təmizləmək lazımdır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Respublika Stomatoloji Mərkəzin həkim-stomatoloqu Fidan Aslanlı dişlərin ağardılması barədə deyib: "Mütəmadi olaraq hər gün 3-5 dəqiqə ərzində dişlərin xarici, daxili və çeynəmə səthi fırçalanmalıdır. Bunun üçün təxminən 10 dəqiqə ərzində fırça diş boyu vertikal istiqamətdə, ən az 400 dəfə hərəkət etdirilməlidir. Axşam dişləri təmizlədikdən sonra isə diş ətini 5-7 dəqiqə ərzində masaj etmək məsləhət görülür. Ağız boşluğu və diş ətinin iltihabi xəstəlikləri olduqda masaj etmək düzgün deyil".

Həkim ev şəraitində dişlərin təmizlənməsinin bir neçə üsulu barədə məlumat verib: "Dişlərin ağardılması üçün ağcaqayın ağacının quru oduncağı ocaqda yandırılır və onun külü ilə dişlər təmizlənir. Bir ay ərzində həftədə iki dəfə zeytun yağı, soda və limon suyunun qarışığı ilə də dişləri ağartmaq olar. Onu da qeyd etmək lazımdır ki, bu prosedurun tez- tez təkrarlanması diş emalını zədələyə bilər.

Diş məcununa əlavə edilən bir damcı limonun efir yağı dişlərin bəyazlığı ilə yanaşı ağızdan gözəl qoxu gəlməsinə də səbəb olur.

Möhkəm və çiy tərəvəzlər diş minasına zərər vermədən təmizləyici və ləkəçıxarıcı kimi istifadə edilir. Təzə alma, yerkökü, kərəviz, paxla və s. meyvə və tərəvəzlərin tərkibindəki sellüloz bakteriyaları aradan qaldıran təbii aşındırıcı lifdir.