Ehtiyacsız olmağın meyarı nədir?


Digərləri 11 Okt 2018 22:40:00 315 0

Ehtiyacsız olmağın meyarı nədir?

İnsanların əksər hissəsinin nəzərinə görə, ehtiyacsız olmağın əsil yolu - mal və sərvət toplamaqdadır. Halbuki, zənginlərin bir çoxu yoxsul insanlar kimi yaşayırlar. Davamlı olaraq mallarının az olmasından danışarlar. Buradan məlum olur ki, sərvətin çoxluğu insanın ehtiyacsız olmasının meyarı ola bilməz. Əslində insanı ehtiyacsız edən meyar - insanın nəfsinin zəngin və razı durumda olmasıdır.

Həzrət Peyğəmbər (s) buyurur: "Ehtiyacsızlıq malın çoxluğu ilə deyildir. Həqiqi ehtiyacsızlıq - nəfsin ehtiyacsızlığıdır".

İmam Həsənə (ə) sual verirlər ki, zənginlik nədir? Həzrət (ə) buyurur: "Zənginlik və ehtiyacsızlıq - nəfsin, ona nəsib olana razı olmasıdır, baxmayaraq ki, az olsa da belə".

İmam Səccad (ə) buyurur: "Ümidini insanlardan kəs ki, bu, ehtiyacsız olmaqdandır. İnsanlardan hacət istəməyini azalt ki, bu, yoxsulluqdur".

İmam Baqirdən (ə) nəql edilir: "Bir kişi Peyğəmbərin (s) xidmətinə gəlir və deyir: "Ey Allahın Peyğəmbəri! Mənə təlim ver!".

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət (s) buyurur: "İnsanların əlində olandan ümidsiz ol ki, ehtiyacsızlıq ondadır".