Arpa suyu süd artıran vasitə


Digərləri 11 Okt 2018 22:25:00 316 0

Arpa suyu  süd artıran vasitə

Dünyada anaların rəğbətini qazanan İsveçrəli əmizdirmə məsləhətçisi Hillary Jacobson  süd artıran reseptləri ilə tanınmışdır.

Mütəxəssis qeyd edir ki, onun tövsiyyə etdiyi reseptləri əmizdirdiyi dövrdə özünün süd azlığı çətinlikləri zamanı sınamışdır. Lakin unutmaq lazım deyil ki, südün artırılması üçün körpə mütləq şəkildə ən azı sutkada 10-12 dəfə əmizdirilməlidir. Əgər müəyyən narahatlıqlar səbəbi ilə körpə döşdən bir başa əmməkdən imtina edirsə, o zaman ana ən geci 2 saatdan bir südünü sağmalı və alternativ əmizdirmə üsulları ilə körpəsinə verməlidir. Düzgün təşkil edilən əmizdirmə zamanı südartıran vasitələr də daha çox fayda verməkdədir.

Arpa suyu

Son.az vib.az-a istinadən bildirir ki, arpa suyu tarixən bir sıra xəstəliklərin müalicəsində istifadə edilməsindən əlavə, təqribən  2000 il əvvəl südartıran içki kimi istifadə edildiyi aşkar edilmişdir. 1 və ya 2 həftə ərzində qəbul edilən arpa suyu südazlığından əziyyət çəkən anaların südünün artmasına səbəb olacaqdır.

Səhər bir çaydan arpa suyu hazırlamaqla, gün ərzində onu qəbul etmək gərəkdir. Zövqə uyğun olaraq arpa suyuna təbii şirinləşdiricilər əlavə etmək olar.  Arpa suyunu istənilən növ arpadan hazırlamaq olar.

Hazırlanması:

1 fincan arpanı 3 litr suya əlavə edib 2 saat ərzində bişimək gərəkdir. Mayenin təqribən yarısı buxarlanmalıdır. Hazırlanan içkinin rəngi nə qədər çox cəhrayımtıl və mayesi həlimli olsa bir o qədər təsiri çox olacaqdır.