Nisa təvafı nədir?


Digərləri 11 Okt 2018 22:10:00 333 0

Nisa təvafı nədir?

Hərfi mənada tərcüməsi "qadın təvafı" deməkdir. Bu terminə və onun fiqhi izahına, əsasən, şiə mənbələrində rast gəlirik. Cəfəri məzhəbinə görə həcc əməllərini tamamladıqdan sonra hacı Məkkədən ayrılmazdan əvvəl nisa təvafını mütləq yerinə yetirməlidir. Həcc ayini boyunca insan öz həyat yoldaşı ilə məhrəm münasibətdə ola bilməz.

Son.az islam.az-a istinadən bildirir ki, nisa təvafı bu qadağanı aradan götürmək üçün yerinə yetirilir. Əgər insan nisa təvafını yerinə yetirmədən Məkkədən çıxsa, öz həyat yoldaşı ilə məhrəm münasibətdə olmaq qadağanı öz qüvvəsində qalır. Bu qadağanı aradan qaldırmaq üçün ya özü bir daha həccə gedib nisa təvafını yerinə yetirməli, ya da öz əvəzinə naib göndərməlidir. Bir daha qeyd edirik ki, bu qayda cəfəri məzhəbinə aiddir. Əhli-sünnə məzhəbində həccin son təvafı vida təvafı adlanır, amma həyat yoldaşı ilə məhrəmlik qadağanı orada yoxdur.