Prezident İlham Əliyev: Azərbaycanda bir dənə də şəhər qalmayacaq ki, orada ən müasir xəstəxana olmasın


Digərləri 11 Okt 2018 22:18:52 45 0

Prezident İlham Əliyev: Azərbaycanda bir dənə də şəhər qalmayacaq ki, orada ən müasir xəstəxana olmasın

Azərbaycanda bir dənə də şəhər qalmayacaq ki, orada ən müasir xəstəxana olmasın.

Bu xəbəri də oxu: Facebook cərimə edilə bilər

Bakı. Azərbaycanda bir dənə də şəhər qalmayacaq ki, orada ən müasir xəstəxana olmasın. Trend-in məlumatına görə, bunu Quba Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev səhiyyə ocağının kollektivi ilə görüşündə deyib. lham Əliyev bildirib ki, bu gün Azərbaycanın bütün bölgələrində, hər bir rayonunda müasir tibb müəssisəsi yaradılıb və yaradılır: "Bu il altı şəhərdə yeni böyük xəstəxananın istifadəyə verilməsi nəzərdə tutulurdu. Artıq ikinci xəstəxana bu gün istifadəyə verilir. Bundan əvvəl Naftalan şəhər xəstəxanası istifadəyə verilmişdir. İlin sonuna qədər dörd xəstəxananın tikintisinin başa çatması nəzərdə tutulur. Gələn il dörd şəhər xəstəxanası istifadəyə veriləcək, yaxud da ki, tikintisi davam etdiriləcək. Beləliklə, Azərbaycanda bir dənə də şəhər qalmayacaq ki, orada ən müasir xəstəxana olmasın. Nəhayət, biz ölkəmizin səhiyyə sahəsinin maddi-texniki bazasının yaradılmasının tamamlanmasını görəcəyik. Bu, doğrudan da böyük hadisədir. Çünki bu gün ölkəmizdə göstərilən tibbi xidmətin səviyyəsi yüksəlir, imkanlar artır. Biz bu imkanlardan istifadə edib bu gün vətəndaşlara çox gözəl xidmət göstərə bilirik. Siz bilirsiniz ki, bir neçə ildir ölkəmizdə müayinədən keçmə - diaqnostika aparılır. Bu il beş milyondan çox insan bu imkanlardan istifadə edib. Onların bəzilərində olan xəstəliklər aşkarlanıb, onlara tibbi xidmət göstərilib, tövsiyələr verilib. Əgər ciddi xəstəlik varsa, onda onlar Bakı şəhərinə göndəriliblər". Dövlət başçısı vurğulayıb ki, son 15 il ərzində Azərbaycanda 600-dən çox yeni tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib: "Bu, bizim insanların sağlamlığına verdiyimiz böyük töhfəmizdir. İnsanların sağlamlığı ən vacib məsələdir. Bu gün statistikaya, Dünya Səhiyyə Təşkilatının hesablamalarında Azərbaycanın artan reytinqinə baxdıqda görürük ki, bu sahədə çox yaxşı nəticələr var. Azərbaycanda insanların ömrünün uzunluğu artır, körpə-ana ölümü azalır. Əlbəttə ki, bu istiqamətdə daha da böyük addımlar atılacaq. Amma prinsipcə, səhiyyə sisteminin maddi bazasının yaradılması prosesi başa çatmaq üzrədir". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Bu il ölkədə 40 mindən çox nikah qeydə alınıb, 9 mindən çox ailə dağılıb like
  • 11 Okt 22:16  
Digərləri Bu il ölkədə 40 mindən çox nikah qeydə alınıb, 9 mindən çox ailə dağılıb

Bu ilin 8 ayında Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 40235 nikah

arrow Ətraflı
İnsanın fidyə verməyə imkanı çatmadığı təqdirdə nə etməlidir? like
  • 11 Okt 22:15  
Digərləri İnsanın fidyə verməyə imkanı çatmadığı təqdirdə nə etməlidir?

İnsanın fidyə verməyə imkanı çatmadığı təqdirdə nə etməlidir? Fidy

arrow Ətraflı
1 həftə qəhvə yerinə sümük suyu içsəniz... like
  • 11 Okt 22:12  
Digərləri 1 həftə qəhvə yerinə sümük suyu içsəniz...

Qəhvəni sümük suyu ilə əvəz etməyə qərar verən Stefan Ekelkemp bir h

arrow Ətraflı
Nisa təvafı nədir? like
  • 11 Okt 22:10  
Digərləri Nisa təvafı nədir?

Hərfi mənada tərcüməsi "qadın təvafı" deməkdir. Bu terminə v

arrow Ətraflı
Yüksək təzyiqdən əziyyət çəkənlər üçün like
  • 11 Okt 22:05  
Digərləri Yüksək təzyiqdən əziyyət çəkənlər üçün

Ümumdünya Səhiyyə Təşkilatının son tövsiyələrinə görə, normal arte

arrow Ətraflı
Köhnə çörək sexində studiya  FOTO like
  • 11 Okt 22:01  
Digərləri Köhnə çörək sexində studiya FOTO

"RDA Architects" Londondakı köhnə çörək sexini studiyasına çev

arrow Ətraflı
Cəlilabadda 65 yaşlı kişini qardaşı döydü like
  • 11 Okt 21:58  
Digərləri Cəlilabadda 65 yaşlı kişini qardaşı döydü

Cəlilabad rayonunda qardaşlar arasında dava düşüb.

arrow Ətraflı
"Onlar bizi səfeh sayırlar, lakin bu belə deyil" like
  • 11 Okt 21:57  
Dünya "Onlar bizi səfeh sayırlar, lakin bu belə deyil"

ABŞ prezidenti Donald Tramp Çinə xəbərdarlıq edib.

arrow Ətraflı
Avtonom avtomobil hər yerdə yolu tapa bilir like
  • 11 Okt 21:55  
Digərləri Avtonom avtomobil hər yerdə yolu tapa bilir

Atonom avtomobillərin böyük şəhərlərdə sınanmasının gözəl bir səb

arrow Ətraflı
Qastritə son verən bitki like
  • 11 Okt 21:50  
Digərləri Qastritə son verən bitki

Kantaronla birlikdə qaynadılıb balla qarışdırılaraq içilən ilanotu çay

arrow Ətraflı
Qonşu ölkədə siqaretin qutusu 70 manata qalxdı like
  • 11 Okt 21:47  
Digərləri Qonşu ölkədə siqaretin qutusu 70 manata qalxdı

Türkmənistanda tütün məhsullarının satışının sərt şəkildə məhdud

arrow Ətraflı
Rüstəm Həmidov respublika rəhbəri vəzifəsindən imtina etdi və... like
  • 11 Okt 21:46  
Dünya Rüstəm Həmidov respublika rəhbəri vəzifəsindən imtina etdi və...

Rusiyanın subyektlərindən biri olan Başqırdıstan Respublikasının rəhbə

arrow Ətraflı