Avtonom avtomobil hər yerdə yolu tapa bilir


Digərləri 11 Okt 2018 21:55:00 292 0

Avtonom avtomobil hər yerdə yolu tapa bilir

Atonom avtomobillərin böyük şəhərlərdə sınanmasının gözəl bir səbəbi var.

Başqa yerlərdə bu avtomobillər yolunu tapa bilməyib itirlər. Tipik olaraq səki kənarlarını, lentləri və işarələri təyin etmək üçün yaxşı təkmilləşdirilmiş 3D xəritələrə ehtiyac duyurlar. Buna görə də şəhərin xaricində, xəritədə işarələnməmiş yerlərdə itirlər. Amma MIT CSAIL-in bu vəziyyət üçün bir həlli ola bilər. Firmanın araşdırmaçıları, Toyotadan da bir az kömək alaraq, MapLite adında yeni bir iş hazırladılar və bu sayədə avtomobillər heç bir 3D xəritə olmadan yolunu tapa biləcək.

Sistem, GPS istifadə edərək vasitənin mövqesi haqqında sadə bir məlumat əldə edir və bu məlumat ilə son ünvan nöqtəsini təyin edir. Maşın daha sonra, üzərindəki sensorları istifadə edərək bu yerli nöqtələrə gedən bir yol meydana gətirir, LiDAR istifadə edərək yolun kənarlarını hesablayır.