Rüstəm Həmidov respublika rəhbəri vəzifəsindən imtina etdi və...


Dünya 11 Okt 2018 21:46:00 296 0

Rüstəm Həmidov respublika rəhbəri vəzifəsindən imtina etdi və...

Rusiyanın subyektlərindən biri olan Başqırdıstan Respublikasının rəhbəri Rüstəm Həmidov bu gün istefa verərək, vəzifə səlahiyyətlərinin icrasını vaxtından əvvəl dayandırıb.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Həmidovun Başqırdıstan vətəndaşlarına ünvanladığı müraciətdə deyilir.

"Başqırdıstan Respublikasının başçısı vəzifəsində mənim işlərim yekunlaşır. İstefamı qəbul etməsi üçün Rusiya Federasiyasının prezidentinə müraciət göndərmişəm" - Həmidov bəyan edib.

Rüstəm Həmidov onu da bildirib ki, 2019-cu ildə Başqırdıstan Respublikasının rəhbəri postuna keçiriləcək seçkilərdə iştirak etməyəcək. Həmçinin vurğulayıb ki, Rusiya regionlarının rəhbərləri artıq kifayət qədər yaşa dolduqda səlahiyyətlərini təhvil vermək haqqında vaxtında qərar qəbul edərək ləyaqətli bir şəkildə vəzifədən getməlidirlər: