Monitorinqlərin NƏTİCƏLƏRİ açıqlandı


Digərləri 11 Okt 2018 21:21:00 197 0

Monitorinqlərin NƏTİCƏLƏRİ açıqlandı

Bəzi şadlıq sarayları, restoranlar və ictimai-iaşə obyektləri nazirliyin xəbərdarlıqlarına əməl etmirlər. Bakıda və Abşeron rayonu ərazisində fəaliyyət göstərən 217 ictimai-iaşə obyektində monitorinq və araşdırma aparılıb. Araşdırmalar nəticəsində bu obyektlərdən cəmi 25-inə qurğu quraşdırıldığı müəyyən edilib.

Paytaxt ətrafındakı bəzi daş karxanalarında pozuntular aşkar edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov deyib ki, həmin karxanalar müvafiq icra hakimiyyətinin torpaq ayırmaya dair sərəncamı olmadan, ekoloji norma və qaydalara riayət etmədən fəaliyyət göstərir. Buna görə də onlara qarşı cərimələr tətbiq olunub.

Nazirlik əməkdaşları restoran və ictimai iaşə obyektlərində də monitorinq həyata keçiriblər. Nəticədə standartlara uyğun təmizləyici qurğuları olmayan obyektlərin sahibləri cərimələnib. Ümumilikdə xəbərdarlıq edilən 217 iaşə obyekti və şadlıq evindən yalnız 25-də müvafiq qurğunun quraşdırıldığı məlum olub.