Azərbaycan Avtomobil Federasiyasının drift məktəbinin dərsləri başlayıb


Digərləri 11 Okt 2018 20:57:00 319 0

Azərbaycan Avtomobil Federasiyasının drift məktəbinin dərsləri başlayıb

Azərbaycan Avtomobil Federasiyasının (AAF) drift məktəbi fəaliyyətində bu gün ilk təlimlər olub. Təlimləri Beynəlxalq Avtomobil Federasiyasının (FIA) ekspertləri keçir.

Son.az bildirir ki, Azərbaycan Avtomobil Federasiyasından Trend-ə verilən məlumata görə, Dənizkənarı Milli Park ərazisində təşkil olunan ustad dərslərini drift üzrə İrlandiya və Britaniya çempionu Duan Makkiver, Almaniya və Niderland çempionu Sebastian Fontijn, "Red Bull" atleti, drift üzrə üçqat Ukrayna çempionu Aleksandr Qrinçuk aparır. Təlimdə drift avtomobil idman növünün əsasları, drift elementləri öyrədilir.

Dərslər oktyabrın 14-dək davam edəcək. Drift dərslərində iştirak üçün qeydiyyatdan keçmək istəyən şəxslər [email protected] ünvanına müraciət edə və ya 050 295 01 00 telefon nömrəsinə zəng vura bilərlər. Dərslərdə iştirak ödənişlidir.


Xəbərə aid fotolar