Şah Əbdüləzim kim olub?


Digərləri 11 Okt 2018 21:10:00 569 0

Şah Əbdüləzim kim olub?

Bu nəcib seyyid İmam Həsənin (ə) övladlarından və o həzrətin beşinci nəsildən nəvəsidir. Seyyid Əbdüləzim yeddinci İmam Kazimin (ə) zamanında Mədinədə doğulmuş, səkkizinci İmam Rzanın (ə), doqquzuncu İmam Cavadın (ə) səhabəsi olmuş, onuncu İmam Hadi ilə (ə) görüşmüşdür.

Son.az islam.az-a istinadən bildirir ki, Seyyid Əbdüləzim xəlifənin zülmündən qaçaraq indiki İran ərazisinə, Tehran yaxınlığındakı Rey şəhərinə pənah gətirdi. Burada şəraitin əlverişli olduğunu görərək məskunlaşdı. Seyyid Əbdüləzim təqvalı və uca məqamlı şəxs idi, xalqı maarifləndirməklə məşğl olurdu. Dini mənbələrdə onun fəzilətləri barədə xeyli məlumatar və məsumların dilindən onu tərifləyən hədislər mövcuddur. Seyyid Əbdüləzim miladi 866-cı ildə dünyasını dəyişmişdir. Rey şəhərindəki məzarı hal-hazırda böyük ziyarətgahdır. Seyyidlər içində xüsusi məqamına görə və hörmət əlaməti olaraq onu "Şah Əbdüləzim" adlandırırlar.