Bakıda torpaqların


Digərləri 11 Okt 2018 21:19:00 199 0

Bakıda torpaqların

Bakı ətrafı kənd və qəsəbələrdəki torpaqların qiymətində enmə müşahidə edilir. Ekspertlər bunu tikinti mövsümünün başa çatması ilə əlaqələndirirlər. Ucuzlaşmanın ilin sonuna kimi davam edəcəyi gözlənilir.

Torpağın qiymətində enmə var.

Əmlak Eksperti Nüsrət İbrahimovun sözlərinə görə, Bakıətrafı ərazilərdəki torpaqların qiymətində ilin əvvəlinə nisbətən 4 faiz, ötən ilin müvafiq dövrü ilə müaqayisədə 6 faiz artım var idi. Son bir ayda isə qiymətlər 1 faiz aşağı düşüb. Ekspert bunu fərdi evlərlə əlaqədar olan tikinti mövsümünün başa çatması ilə əlaqələndirir. Hazırda torpağın ən baha satıldığı ərazilər Mərdəkan qəsəbəsindədir.

Torpaq alqı-satqısının ən aktiv olduğu ərazilər isə Binəqədi rayonunun kənd və qəsəbələridir.


Xəbərə aid video