Beş dəfə məhkum olunmuş şəxs: "Mənim işlərimdə bir dənə də əyri və yalan ola bilməz"


Digərləri 11 Okt 2018 20:32:00 252 0

Beş dəfə məhkum olunmuş şəxs: "Mənim işlərimdə bir dənə də əyri və yalan ola bilməz"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Kamal Fərhadov, Səyavuş Şəfiyev, Ramil Quliyev və Elçin Aslanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az report-a istinadən xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində 70 yaşlı Viktor Məmmədov ifadə verib.

O, təqsirləndirilən şəxslərdən ikisini üzdən tanıdığını bildirib.

V.Məmmədov deyib ki, hadisə zamanı həmin şəxslər qapını döyüb, qonşu olduqlarını söyləyiblər: "Qapını açanda məni tutub boğmağa başladılar. Sonra məni bıçaqla hədələdilər. Onlar nə qədər pulumun olduğunu soruşdular".

Zərərçəkmiş qeyd edib ki, evindən 4 min manat və 550 dollar pul aparıblar. O, dəymiş zərərin ödənilməsini istəyib.

Təqsirləndirilən K.Heydərov törətdikləri əməli etiraf edib.