Azərbaycan əhalisi bu il ərzaq və qeyriərzaq məhsullarına 26 milyard manatdan çox pul xərcləyib


Digərləri 11 Okt 2018 20:26:00 271 0

Azərbaycan əhalisi bu il ərzaq və qeyriərzaq məhsullarına 26 milyard manatdan çox pul xərcləyib

2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,7 faiz üstələyərək 26,2 milyard manata bərabər olub.

Son.az Trend-ə istinadən bildirir ki, ticarət dövriyyəsinin 13 milyard 133,9 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13024,2 milyon manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar-sentyabr aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 2,1 faiz və 3,3 faiz üstələyib.

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,9 faizi ərzaq məhsullarının, 4,3 faizi içkilər və tütün məmulatlarının, 18,2 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,3 faizi elektrik malları və mebellərin, 5,7 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,6 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.