Məhkum qızına gətirdiyi sovqatın içindən spirtli maye çıxıb


Digərləri 11 Okt 2018 20:28:00 286 0

Məhkum qızına gətirdiyi sovqatın içindən spirtli maye çıxıb

4 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Son.az xəbər verir ki, Penitensiar xidmətdən Trend-ə verilən məlumata görə, Cinayət Məcəlləsinin 178.3.2; 310 və 66.3-cü maddələrinə əsasən 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Akimova Aygün Bəxtiyar qızının yanına qısamüddətli görüşə gəlmiş anası Bakı şəhər sakini Akimova Dilarə Yusif qızı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman "Nabeghlavi" adlı plastik su qabında kustar üsulla hazırlanmış spirtli maye aşkar edilib.