Donald Tramp ‘itkin jurnalistlə’ bağlı Səudiyyədən məlumat istəyib


Dünya 11 Okt 2018 20:16:00 240 0

Donald Tramp ‘itkin jurnalistlə’ bağlı Səudiyyədən məlumat istəyib

ABŞ prezidenti Donald Trump deyib ki, İstanbuldakı Səudiyyə konsulluğuna getdikdən sonra yoxa çıxmış "Washington Post" qəzetinin dissident müxbiri Camal Khashoggi (yaxud Kaşıkçı) ilə bağlı Səudiyyənin vəzifəli liderlərindən biri ilə söhbət edib.

"Bu çox kədərli situasiyadır. Çox pis situasiyadır. Biz belə bir şeyin müxbirlərin, heç kimin başına gəlməsinə yol verə bilmərik. Düşünürəm ki, biz bu məsələnin dibinə qədər getməliyik", - Tramp deyib.

Səudiyyə monarxiyasının tənqidçisi olan Camal Kaşıkçı oktyabrın 2-də Səudiyyənin İstanbuldakı konsulluğuna gedəndən bəri ondan səs-soraq yoxdur. O konsulluğa türkiyəli nişanlısı ilə evlənmək üçün lazımi sənələri hazırlamağa getmişdi.

Səudiyyə Ərəbistanı bildirir ki, jurnalist konsulluğa gəldikdən az sonra oranı tərk edib. Türkiyə rəsmiləri isə iddia edirlər ki, jurnalist konsulluğun binasında öldürülüb. Onun cəsədini Səudiyyə Ərəbistanında gələn cəlladlar qrupu elektrikli mişarla doğrayıb.