Dünyanın ən yaraşıqlı kişiləri hansı ölkədə yaşayır?


Digərləri 11 Okt 2018 20:20:00 305 0

Dünyanın ən yaraşıqlı kişiləri hansı ölkədə yaşayır?

Deyirlər ki, dünyada ən gözəl qızlar gürcülər və slavyanlardır. Bəs ən yaraşıqlı kişilər hansı millətlər hesab olunur?

Son.az bildirir ki, bu yaxınlarda "Insider Monkey" onlayn-jurnalı ən cəlbedici kişilərin yaşadığı ölkələrin reytinqini tərtib edib.

Yekun nəticə "Manhunt International", "Mister International", "Mister Global", "Mister World" kimi müsabiqələrə əsasən tərtib olunub. Reytinqdə "Ən yaxşı bədən quruluşu", "Cənab fotogenik", "Ən yaxşı model", "Ən cəlbedici təbəssüm" və s. bu kimi kateqoriyalar da nəzərə alınıb.

Əsas kateqoriyada qəbul edilən nominasiyaların sayına əsasən ən gözəl kişilərin yaşadığı top ölkələr müəyyən edilib.

Braziliya

Yaraşıqlı kişilərin yaşadığı qaynar ölkə... Təəccüblü deyil ki, onun nümayəndələri "Mister World" "Mister Global" və "Mister International" kimi müsabiqələrdə qalib olub.

Braziliyada kişilərin görüşərkən hər iki yanaqdan öpməsi normal qəbul olunur. Orada nəinki cəlbedici, həm də gülərüz insanlar yaşayır.

Vyetnam

Bu ölkədə kişilər çinlilərə oxşasa da, daha boylu-buxunlu və yaraşıqlıdır. Onları bütün dünyada sevirlər.

İlan cövhəri vyetnamlıların milli içkisidir. Bu ölkəyə səfər etsəniz, ehtiyatlı olun, çünki bağırsaqlar buna adət etməyib.

Livan

"Mister International" müsabiqəsində üç dəfə qalib gələn yeganə ölkədir. Livan sonuncu dəfə 2016-ci ildə qalib seçilib.

Livan yeganə ərəb ölkəsidir ki, ərazisində heç bir səhra yoxdur. Orada qumluqda yolu itirmək problemi ilə üzləşməyəcəksiniz.

Venesuela

Venesuela Cənubi Amerikada çox gözəl ölkədir. Venesualalı kişilərlə ailə quran qadınların gözəl övladları dünyaya gəlir.

Bu ölkədə dollarlar rəsmən qadağan olunub. Yalnız qara bazarda yerli valyutanı dollara dəyişmək imkanı tapa bilərsiniz.

Hindistan

Hindlilər çox xarizmatik və plastikdir. Hind kinolarını yada salın...

Hindistan ingilis dilində danışan əhali sayına görə dünyada ABŞ-dan sonra ikinci yeri tutur. Əgər ingiliscə bilirsinizsə, orada sizi anlayacaqlar.

İspaniya