Sumqayıt Dövlət Dram Teatrından daha bir yeni tamaşa


Kriminal 11 Okt 2018 19:56:00 294 0

Sumqayıt Dövlət Dram Teatrından daha bir yeni tamaşa

50 illik yubileyi ərəfəsində Sumqayıt Dövlət Dram teatrı daha bir yeni tamaşa üzərində son hazırlıq işlərini başa çatdırmaq üzrədir.

Son.az xəbər verir ki. kiçik yaşlı tamaşaçılar və məktəblilər üçün nəzərdə tutulmuş tamaşa Rus xalq nağılı əsasında səhnələşdirilmiş və "Kim güclü, kim aqıllı?" adı ilə nümayiş olunacaqdır.

"Musiqili birbaşa, ibrətamiz tamaşa" janrında hazırlanmış səhnə əsərində dovşanın və dostu kirpinin aqıllı, uzaqgörən, fərasətli olmasından bəhs edilir.

Tamaşada meşə qanunları ilə yaşayan heyvanların güc ilə deyıl, məhz aqılla düşmənə qalib gəldiyini dovşanın timsalında görmək olar. Dovşan az zəkası ağlı, məntiqi ilə hətta canavarı, tülkünü belə ram edə  bilir. 

Tamaşaya baxan kiçik yaşlı tamaşaçılara ötürülən mesaj bundan ibarətdir; həyatda böyük uğurlara qol gücü ilə deyil, ağılla, dərrakə ilə imza atmaq olar! 


Xəbərə aid fotolar