Bakını bürüyən tozdumanın digər mənbəyi açıqlandı


Digərləri 11 Okt 2018 19:36:00 240 0

Bakını bürüyən tozdumanın digər mənbəyi açıqlandı

Daş karxanalarında istifadə edilən avadanlıqlar müasir tələblərə cavab vermir.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov deyib.

Onun sözlərinə görə, atmosfer havasını çirkləndirən, havanı bürüyən toz-dumanın digər bir mənbəyi də şərqdən və qərbdən Bakını əhatə edən daş karxanalarıdır ki, bununla bağlı nazirliyə çoxlu sayda şikayət və müraciətlər daxil olur:

"Apardığımız monitorinq və araşdırmalar zamanı əksər daş karxanalarının fəaliyyətində pozuntular aşkar edilib. Bir çox daş karxanalarının istismarçıları müvafiq icra hakimiyyətinin torpaq ayırmaya dair sərəncamı olmadan, ekoloji norma və qaydalara riayət etmədən fəaliyyət göstərir, təbiətə, ətraf ərazilərdə yaşayan sakinlərə böyük ziyan vururlar. Buna görə karxana sahiblərinə və istismarçılara qarşı cərimələr tətbiq olunub. Daş karxanalarında istifadə edilən avadanlıqlar müasir tələblərə cavab vermir".