Cəlilabadda külli miqdarda narkotik dövriyyədən çıxarılıb


Digərləri 11 Okt 2018 19:38:19 199 0

Cəlilabadda külli miqdarda narkotik dövriyyədən çıxarılıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik dövriyyədən çıxarılıb.

Bakı. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik dövriyyədən çıxarılıb. DİN-dən Trend-ə verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Cəlilabad rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni satmaq istəyən şəxs cinayət başında yaxalanıb. Araşdırmalarla onun əvvəllər də məhkum olunmuş, rayonun Xəlilabad kənd sakini Nemət Əsədullayev olduğu məlum olub.