“Qızılları götürüb dal qapıdan qaçdım”


Digərləri 11 Okt 2018 19:20:00 252 0

“Qızılları götürüb dal qapıdan qaçdım”

Şəmkirdə mənzillərin birindən xeyli sayda qızıl-zinət əşyaları oğurlanıb. Son.az ARB TV-yə istinadən xəbər verir ki, polislər oğrunu kənarda deyil, qonşuluqda taparaq dindiriblər. Şəmkir RPŞ-ya Qədimqala kənd sakininin mənzilində oğurluq hadisəsinin baş verməsi barədə məlumat daxil olub. Zərərçəkənin müraciəti əsasında hadisə yerinə baxış keçirilərkən ev sahibinə məxsus 2 min manat dəyərində qızıl-zinət əşyasının oğurlandığı müəyyən edilib. Axtarış tədbirlərinin davamında oğurluğu törətməkdə şübhəli bilinən zərərçəkənin qonşusu 22 yaşlı Salman Qurbanzadə saxlanılıb. Müəyyən edilib ki, Salman oğurladığı qızılları şəhərdəki banklardan birinə girov qoyaraq pul götürüb. Həmin məbləği isə özünə xərcləyib.   Salman Quluzadə - Saxlanılan şəxs: "Mağazaya tərəf gedirdim, gördüm qapılarında qıfıl var. Qayıdanda da gördüm ki, qıfıl hələ də qapıdadır. Keçdim içəri. Gördüm ki, içəridə heç kim yoxdur. Girdim evin içində şkaf tapdım. Şkafın qapısını açdım, qabda qızıl var idi. Qızılları götürüb dal qapıdan qaçdım. Çıxıb gəldim evə, sonra da girov qoydum". Faktla bağlı Şəmkir RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Son.az 

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid fotolar