Azərbaycan Avtomobil Federasiyasının drift məktəbinin dərsləri başlayıb (FOTO)


Digərləri 11 Okt 2018 19:23:10 255 0

Azərbaycan Avtomobil Federasiyasının drift məktəbinin dərsləri başlayıb (FOTO)

Azərbaycan Avtomobil Federasiyasının (AAF) drift məktəbi fəaliyyətində bu gün ilk təlimlər olub. Təlimləri Beynəlxalq Avtomobil Federasiyasının (FIA) ekspertləri keçir.

Bakı. Azərbaycan Avtomobil Federasiyasının (AAF) drift məktəbi fəaliyyətində bu gün ilk təlimlər olub. Təlimləri Beynəlxalq Avtomobil Federasiyasının (FIA) ekspertləri keçir. Azərbaycan Avtomobil Federasiyasından Trend-ə verilən məlumata görə, Dənizkənarı Milli Park ərazisində təşkil olunan ustad dərslərini drift üzrə İrlandiya və Britaniya çempionu Duan Makkiver, Almaniya və Niderland çempionu Sebastian Fontijn, "Red Bull" atleti, drift üzrə üçqat Ukrayna çempionu Aleksandr Qrinçuk aparır. Təlimdə drift avtomobil idman növünün əsasları, drift elementləri öyrədilir.