Son 6 ayda qanunsuz ov edən 63 nəfər saxlanılıb


Digərləri 11 Okt 2018 19:12:00 256 0

Son 6 ayda qanunsuz ov edən 63 nəfər saxlanılıb

Son 6 ay ərzində qanunsuz ov edən 63 nəfər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə nazirliyin bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktoru Hikmət Əlizadə deyib.

H.Əlizadənin sözlərinə görə, saxlanılan şəxslərdən 56 tüfəng, 110-dan artıq patron aşkar edilərək götürülüb: