BDU XII Azərbaycan beynəlxalq təhsil sərgisində təmsil olunur (FOTO)


Digərləri 11 Okt 2018 19:11:00 232 0

BDU XII Azərbaycan beynəlxalq təhsil sərgisində təmsil olunur (FOTO)

XII Azərbaycan beynəlxalq təhsil sərgisinin (“Education 2018”) açılışı olub.

Bakı. Bu gün Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi, “Caspian Event Organisers” (“CEO”) şirkətinin təşkilatçılığı ilə “Uşaqların gələcəyinə sərmayə” devizi altında XII Azərbaycan beynəlxalq təhsil sərgisinin (“Education 2018”) açılışı olub. Dünyanın 12 ölkəsindən 135 iştirakçını bir araya gətirən sərgidə Bakı Dövlət Universiteti (BDU) öz stendi ilə təmsil olunur. BDU-dan Trend-ə verilən məlumata görə, açılış mərasimində çıxış edən təhsil naziri C.Bayramov nazirliyin son illərdə təhsilin inkişafı sahəsində həyata keçirdiyi islahatların ayrı-ayrı pavilyonlarda əksini tapdığını vurğulayıb və sərginin ziyarətçilər üçün faydalı olacağına əminliyini bildirib.