Bu il Azərbaycanda 90 mindən artıq körpə doğulub


Digərləri 11 Okt 2018 18:56:00 257 0

Bu il Azərbaycanda 90 mindən artıq körpə doğulub

Cari ilin yanvar-avqust ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən Azərbaycanda 90523, yaxud hər gün orta hesabla 373 yeni doğulmuş körpə qeydə alınıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, əhalinin hər 1000 nəfərinə bu göstərici 13,8 təşkil edib.

Doğulan körpələrin 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşaqlarıdır. Doğulanlardan 1680-i əkiz, 78-i üçəmdir.