Prezident İlham Əliyev Qubada SusayXınalıq avtomobil yolunun tikintisinə vəsait ayırıb


Siyasət 11 Okt 2018 18:21:00 87 0

Prezident İlham Əliyev Qubada SusayXınalıq avtomobil yolunun tikintisinə vəsait ayırıb

Prezident İlham Əliyev Quba rayonunun Susay-Xınalıq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, son illər ərzində Bakı şəhərində və respublikanın digər bölgələrində çoxsaylı infrastruktur layihələri, o cümlədən respublika və yerli əhəmiyyətli avtomobil yolları, körpülər tikilərək əhalinin istifadəsinə verilmişdir və bu işlər ölkənin inkişaf prioritetlərinə uyğun olaraq davam etdirilməkdədir.

Təbii amillərin təsiri, eləcə də qar uçqunları, torpaq sürüşmələrinin baş verməsi və iri qaya parçalarının yola tökülməsi ölkənin cəlbedici turizm marşrutlarından olan, 2007-ci ildə istifadəyə verilmiş Quba-Xınalıq avtomobil yolunun tez-tez uzunmüddətli bağlanmasına səbəb olur. Xınalıq kəndinin ölkəmizdə turizm üçün əhəmiyyəti və əhalinin alternativ yolla rahat gediş-gəlişinin təmin edilməsinin vacibliyi baxımından Quba-Susay avtomobil yolunun davamı olaraq əlavə 30 km uzunluğunda Susay-Xınalıq, həmçinin sözügedən yoldan 4,8 km məsafədə dağlıq ərazidə yerləşən Qrız kəndinə gedən avtomobil yolunun tikintisi zərurəti yaranmışdır.

Sərəncamda qeyd edilir ki, Quba rayonunun Susay-Xınalıq avtomobil yolunun tikintisi (o cümlədən geologiyası, layihə-axtarış işləri) məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli 373 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölüşdürülməmiş hissəsinin obyektlər və istiqamətlər üzrə bölgüsü"nün 21-ci bəndində göstərilmiş məbləğin ilkin olaraq 7,5 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

Nazirlər Kabinetinə tapşırılır ki, sərəncamdan irəli gələn məsələləri həll etsin.

Maliyyə Nazirliyi bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

QubaQonaqkənd avtomobil yolunun tikintisinə 3 milyon manat ayrılıb like
  • 11 Okt 18:19  
Siyasət QubaQonaqkənd avtomobil yolunun tikintisinə 3 milyon manat ayrılıb

Prezident İlham Əliyev Quba-Qonaqkənd avtomobil yolunun tikintisinin davam et

arrow Ətraflı
Qubanın Alekseyevka kəndində məktəb binasının tikintisinə 2 milyon manat ayrılıb like
  • 11 Okt 18:17  
Siyasət Qubanın Alekseyevka kəndində məktəb binasının tikintisinə 2 milyon manat ayrılıb

Prezident İlham Əliyev Quba rayonunun Alekseyevka kəndində yeni ümumtəhsil

arrow Ətraflı
Prezident İlham Əliyev Qubada Susay-Xınalıq avtomobil yolunun tikintisinə vəsait ayırıb like
  • 11 Okt 18:15  
Digərləri Prezident İlham Əliyev Qubada Susay-Xınalıq avtomobil yolunun tikintisinə vəsait ayırıb

Prezident İlham Əliyev Quba rayonunun Susay-Xınalıq avtomobil yolunun tikint

arrow Ətraflı
Prezident İlham Əliyev İspaniya Kralını təbrik edib like
  • 11 Okt 18:15  
Siyasət Prezident İlham Əliyev İspaniya Kralını təbrik edib

Prezident İlham Əliyev İspaniya Kralı VI Felipeyə təbrik məktubu göndər

arrow Ətraflı
Quba-Qonaqkənd avtomobil yolunun tikintisinə 3 milyon manat ayrılıb like
  • 11 Okt 18:13  
Digərləri Quba-Qonaqkənd avtomobil yolunun tikintisinə 3 milyon manat ayrılıb

Quba-Qonaqkənd avtomobil yolunun tikintisinə 3 milyon manat ayrılıb.

arrow Ətraflı
Qubanın Alekseyevka kəndində məktəb binasının tikintisinə 2 milyon manat ayrılıb like
  • 11 Okt 18:11  
Digərləri Qubanın Alekseyevka kəndində məktəb binasının tikintisinə 2 milyon manat ayrılıb

Prezident İlham Əliyev Quba rayonunun Alekseyevka kəndində yeni ümumtəhsil

arrow Ətraflı
Prezident İlham Əliyev İspaniya Kralını təbrik edib like
  • 11 Okt 18:08  
Digərləri Prezident İlham Əliyev İspaniya Kralını təbrik edib

Prezident İlham Əliyev İspaniya Kralı VI Felipeyə təbrik məktubu göndər

arrow Ətraflı
Azərbaycanın Ukraynadakı səfirliyi soydaşlarımızı diqqətli olmağa çağırıb like
  • 11 Okt 18:07  
Digərləri Azərbaycanın Ukraynadakı səfirliyi soydaşlarımızı diqqətli olmağa çağırıb

Azərbaycanın Ukraynadakı səfirliyi soydaşlarımızı diqqətli olmağa ça

arrow Ətraflı
"Azərbaycan xalq mahnıları” adlı festivalın növbəti konserti keçirildi like
  • 11 Okt 18:00  
Kriminal "Azərbaycan xalq mahnıları” adlı festivalın növbəti konserti keçirildi

Beynəlxalq Muğam Mərkəzində "Azərbaycan xalq mahnıları" adlı

arrow Ətraflı
İsmayıllının Qoydan kəndində sürüşmə kütləsi evlərə gəlib çatdı like
  • 11 Okt 17:59  
Digərləri İsmayıllının Qoydan kəndində sürüşmə kütləsi evlərə gəlib çatdı

İsmayıllı rayonunun Qoydan kəndində sürüşmə prosesi aktivləşib.

arrow Ətraflı