Dehlidə HindistanAzərbaycan Hökumətlərarası Komissiyanın iclası keçirilir


Dünya 11 Okt 2018 18:04:00 301 0

Dehlidə HindistanAzərbaycan Hökumətlərarası Komissiyanın iclası keçirilir

https://az.trend.az/business/2964024.html

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev 11-12 oktyabr, 2018-ci il tarixlərində keçiriləcək Ticarət, İqtisadi, Elmi və Texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclasında iştirak etmək üçün Nyu Dehlidə olan Azərbaycan nümayəndə heyətinə rəhbərlik edir.

Son.az bildirir ki, Hindistanın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, Hindistan tərəfdən iclasa ticarət və sənaye naziri Suresh Prabhu həmsədrlik edəcək.

Tərəflərin geniş sahələrdə, o cümlədən ticarət və investisiya, nəqliyyat və yük daşınması, energetika və karbohidrogen, kiçik və orta müəssisələr, kənd təsərrüfatı və heyvandarlıq məhsulları, ərzaq təhlükəsizliyi, ərtaf mühitin mühafizəsi, turizm və mədəniyyət, səhiyyə və əczaçılıq, kosmos və uzaqdan hiss etmə sahələrində ikitərəfli əməkdaşlıq əlaqələrini müzakirə etmələri gözlənilir. Onlar həmçinin, Hindistanın qərb limanlarını İran limanları vasitəsilə Azərbaycan və Rusiya ilə birləşdirəcək Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin (BŞCND) inkişaf etdirilməsi üzrə əməkdaşlığı da müzakirə edəcəklər. Təklif olunan BŞCND marşrutu mövcud dəniz marşrutundan daha ucuz və qısa olacaq.