Bakıya gətirilən erməni şokoladları ilə bağlı


Digərləri 11 Okt 2018 17:51:00 257 0

Bakıya gətirilən erməni şokoladları ilə bağlı

Azərbaycan Respublikasının qanunvericiliyi ilə Ermənistan mənşəli məhsulların ölkəmizin gömrük ərazisinə idxal olunması qadağandır və bu kimi məhsulların rəsmi idxal əməliyyatları zamanı gətirilməsi qeydə alınmayıb.

Son.az bildirir ki, bu barədə Trend-ə Dövlət Gömrük Komitəsindən (DGK) son günlər Ermənistanda istehsal edilən şirniyyat məhsulunun Azərbaycana gətirilməsi ilə bağlı məlumatlara açıqlamada deyilib.

Məlumatda qeyd edilir ki, həmin məhsulu gətirən şəxs açıqlama verərək bəhs olunan qida məhsulunun Ermənistan mənşəli olduğunu bilmədən şəxsi istehlak məqsədilə ölkənin gömrük sərhədindən keçirdiyini bəyan edib.

Bununla əlaqədar DGK bildirir ki, gömrük orqanları Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə bu istiqamətdə zəruri tədbirlərin görülməsini təmin edib:

"Yəni, Ermənistan mənşəli malların gömrük nəzarətindən keçirilməklə kommersiya məqsədilə ölkəyə gətirilməsi mümkün deyil.