Azərbaycan 2020ci ildə Güllə Atıcılığı üzrə Dünya Kubokunun mərhələ yarışına ev sahibliyi edəcək


Digərləri 11 Okt 2018 17:58:00 326 0

Azərbaycan 2020ci ildə Güllə Atıcılığı üzrə Dünya Kubokunun mərhələ yarışına ev sahibliyi edəcək

Avstriyanın Vyana şəhərində Beynəlxalq İdman Atıcılıq Federasiyasının (ISSF) İcra Komitəsinin toplantısı keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, 2020-ci ildə keçiriləcək ISSF Dünya Kubokları ücün nəzərdə tutulmuş şəhərlərin yekün siyahısını təsdiq edilməsi toplantının əsas səbəbi olub.

Ümumilikdə, 15 şəhər 2020-ci il ISSF Dünya Kuboklarını keçirmək arzusunda olduğunu bildirib. 2020-ci ilin Olimpiya ili olduğu nəzərə alınaraq, Dünya Kubokları əvvəlki illərdə bu səpkili tədbirlərin təşkilində təcrübəyə və bütün beynəlxalq standartlara cavab verən komplekslərə malik olan ölkələrə verilib. Azərbaycanda bütün beynəlxalq standartlara cavab verən iki atıcılıq kompleksin olduğunu və 2014-ci ildən etibarən Azərbaycanda mütamadi keçirilən bütün beynəlxalq yarışlar yüksək səviyədə təşkil olunduğunu nəzərə alaraq, Azərbaycan Atıcılıq Federasiyası 2020-ci ildə Qəbələdə şəhərində Güllə Atıcılığı üzrə Dünya Kubokunun mərhələ yarışının rəsmi təşkilatcısı təyin edilib.

2020 Dünya Kuboklarının ümumi təsdiq edilmiş şəhərlərin siyahısı:

Birgə Dünya Kubokları (Stend və Güllə atıcılığı) 1. Tokyo, JAPAN 2. New Delhi, INDIA

Güllə Atıcılığı üzrə Dünya Kubokları 1. Munich, GERMANY 2. Gabala, AZERBAIJAN

Stend Atıcılığı üzrə Düya Kubokları 1. Nicosia, CYPRUS 2. Chateauroux, FRANCE

Beynəlxalq İdman Atıcılıq Federasiyası hər il stend atıcılığı üzrə 4 (dörd) və güllə atıcılığı üzrə 4 (dörd) Dünya Kubokun mərhələ yarışları keçirir. Bu Dünya Kuboklardan ikisi birgə keçirilir, digər ikisi isə ayrı-ayrılıqda keçirilir. Bələliklə 2020-ci ildə Azərbaycana güllə atıcılığı üzrə Dünya Kubokunun keçirilməsi həvalə olunub. Yarışlar güllə atıcılığın 10 (on) olimpiya növündə keçiriləcək:

Kişilər Qadınlar 10m Pnevmatik Tapanca Kişilər 10m Air Pistol Men 10m Pnevmatik Tapanca Qadınlar 10m Air Pistol Women 10m Pnevmatik Tüfəng Kişilər 10m Air Rifle Men 10m Pnevmatik Tüfəng Qadınlar 10m Air Rifle Women 25m Sürətli Atəş Tapanca Kişilər 25 Rapid Fire Pistol Men 25 Tapanca Qadınlar 25 Pistol Women 50m Tüfəng 3 Mövgə Kişilər 50m Rifle 3 Position Men 50m Tüfəng 3 Mövgə Qadınlar 50m Rifle 3 Position Women Qarışıq komanda növləri (1 kişi + 1 qadın) 10m Pnevmatik Tapanca Qarışıq Komanda 10m Air Pistol Mixed Team 10m Pnevmatik Tüfəng Qarışıq Komanda 10m Air Rifle Mixed Team

Dünya Kuboku 19-27 İyun 2020-ci il tarixlərdə keçiriləcək və Tokio Olimpiya Oyunlarından əvvəl son Dünya Kuboku olacaq (Qeyd: 2016-ci ildə Rio Olimpiya Oyunlarından əvvəl son Dünya Kuboku Bakı şəhərində keçirilmişdir). Hal hazırda yarışda iştirak edəcək ümumi idmançıların sayını dəqiq demək mümkün deyil, çünki bu rəqəmlər adətən yarışdan 1 ay qabaq bilinir, lakin son illərin təcrübəsinə əsaslanaraq demək olar ki, Dünya Kubokunda 70-dən artıq ölkədən 600-ə yaxın idmançının iştirakı gözlənilir. Onlar arasında dünyanın tanınmış atıcıları, Dünya və Avropa çempionları, olimpiya oyunlarının qalibləri olacaq.