İsmayıllının Qoydan kəndində sürüşmə kütləsi evlərə gəlib çatdı


Digərləri 11 Okt 2018 17:59:29 294 0

İsmayıllının Qoydan kəndində sürüşmə kütləsi evlərə gəlib çatdı

İsmayıllı rayonunun Qoydan kəndində sürüşmə prosesi aktivləşib.

Bakı. İlhamə İsabalayeva - İsmayıllı rayonunun Qoydan kəndində sürüşmə prosesi aktivləşib. Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. Ə.Qaralovun sözlərinə görə, Qoydan kəndində artıq iki aydır ki, davam edən aktivlik nəticəsində sürüşmə kütləsi əhatə dairəsini daha da genişləndirərək 3 evə çatıb. Bu barədə artıq müvafiq qurumlara məlumat verildiyini deyən ETSN rəsmisi aktivliyin son bir həftə ərzində xüsusilə nəzərə çarpdığını söyləyib.