İstanbulun yeni hava limanından Bakıya
Dünya 11 Okt 2018 17:46:00 275 0
İstanbulun yeni hava limanından Bakıya ilk reys 2018-ci il noyabrın 1-i yerli vaxtla saat 15:55-də həyata keçiriləcək.
Son.az xəbər verir ki, bu barədə Trend Türkiyə Baş Dövlət Hava Limanları İdarəsinə (DHMİ) istinadən məlumat verir.
Bakıdan geriyə uçuş isə noyabrın 2-si saat 08:53-də baş tutacaq.
İstanbulun yeni hava limanından ilk reys oktyabrın 31-i Ankaraya icra olunacaq.
Mənbə: milli.az