DGK: Ermənistan mənşəli malların ölkəyə gətirilməsi mümkün deyil


Digərləri 11 Okt 2018 17:44:00 237 0

DGK: Ermənistan mənşəli malların ölkəyə gətirilməsi mümkün deyil

Ermənistan mənşəli məhsulların rəsmi idxal əməliyyatları zamanı gətirilməsi qeydə alınmayıb.

Bakı. Azərbaycan Respublikasının qanunvericiliyi ilə Ermənistan mənşəli məhsulların ölkəmizin gömrük ərazisinə idxal olunması qadağandır və bu kimi məhsulların rəsmi idxal əməliyyatları zamanı gətirilməsi qeydə alınmayıb. Bunu Trend-ə Dövlət Gömrük Komitəsindən (DGK) son günlər Ermənistanda istehsal edilən şirniyyat məhsulunun Azərbaycana gətirilməsi ilə bağlı məlumatlara açıqlamada deyilib. Məlumatda qeyd edilir ki, həmin məhsulu gətirən şəxs açıqlama verərək bəhs olunan qida məhsulunun Ermənistan mənşəli olduğunu bilmədən şəxsi istehlak məqsədilə ölkənin gömrük sərhədindən keçirdiyini bəyan edib. Bununla əlaqədar DGK bildirir ki, gömrük orqanları Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə bu istiqamətdə zəruri tədbirlərin görülməsini təmin edib: